Bu ilin oktyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 2% və ya 571.4 milyon manat artaraq 29,276 milyard manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri 53,1% (15,545 milyard manat), istehlak kreditləri 31,4% (9,183 milyard manat), ipoteka kreditləri isə 15,5% (4,548 milyard manat) paya malik olub.
Məlumata əsasən, bu ilin oktyabrın 1-nə biznes kreditləri üzrə artım əsasən tikinti, nəqliyyat, eləcə də informasiya və rabitə sektorları üzrə baş verib.
Belə ki, hesabat tikinti sahəsi üzrə biznes kredit portfeli 1,502 milyard manat (illik müqayisədə 4,1% çox), nəqliyyat sahəsi üzrə 1,785 milyard manat (+30,2%), informasiya və rabitə sektoru üzrə 721,5 milyon manat (+23,1%), eləcə də sənaye sahəsi üzrə 2,684 milyard manat (-3,6%), kənd təsərrüfatı üzrə 1,953 milyard manat (+16,3%), ticarət müəssisələri üzrə 4,296 milyard manat (+5,1%), digər qeyri-istehsal və xidmət sahələri üzrə isə 2,603 milyard manat (+6%) təşkil edib.
Bakı 


