"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu vəzifəyə Pasternak Yuliya Oleqovna təyinat alıb.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni Fuad Xəlilov icra edib. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Y.Pasternak seçilib.
Qeyd edək ki, yeni Aparat rəhbəri əmək fəaliyyətinə 2009-cu ildə başlayıb, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2020-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib, daha sonra Qoruq İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyib.
Bakı 



