İranda parlament üzvü Urmiya gölünün quruması ilə bağlı hökuməti tənqid edib.
Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, parlament nümayəndəsi Höccətül-İslam Baqeri hökuməti təcili tədbir görməyə çağırıb.
“Danışmaq zamanı keçib, əməl vaxtıdır. İnsanlar populist işlərdən və şüarlardan beziblər. Urmiya gölü əvvəlki və indiki məsul şəxslərin hərəkətsizliyi ucbatından quruyub. Bu göl həyat və ümidin nişanəsi idi, onun quruması insanlar üçün ölüm və ümidsizlik mənasına gəlir. Urmiya gölünün dirçəldilməsi yerli rəsmilərin planı ilə mümkün deyil, burada müəyyən bir qanun tərtib olunmalıdır. Dərd də, dərman da aşkardır. Hərəkətə keçmək üçün qərar verməyin vaxtı çatıb. Son iyirmi ildə Urmiya gölünün dirçəldilməsi məsul qurum sadəcə bu gölün qurumasına səbəb olub. Bu gölün yenidən canlandırılması sadəcə hərtərəfli bir qanunun qəbul edilməsi ilə mümkündür. Xalqın hökumətdən tələbi bununla bağlı bir layihənin tərtib olunmasıdır”, - parlament üzvü bildirib.
Qeyd edək ki, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 90%-dən çoxu quruyub.
Bakı 


