Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor və ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, görüş zamanı Vaşinqtonda keçiriləcək C5+1 sammiti çərçivəsində genişlənmiş Qazaxıstan-Amerika strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Qasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampa Vaşinqtonda keçiriləcək C5+1 sammitində iştiraka dəvətə görə təşəkkür edib. O, qarşıdan gələn sammitin uzunmüddətli əməkdaşlığın əsas prioritetlərinin müəyyənləşdirilməsində səmərəli olacağına əminliyini ifadə edib.
"Qazaxıstan ABŞ ilə ticarət, iqtisadi və investisiya tərəfdaşlığına əhəmiyyətli təkan vermək niyyətindədir. Qazaxıstan ABŞ prezidentinin xarici və daxili siyasətini bəyənir. Trampın sülhün möhkəmləndirilməsinə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk", - deyə Tokayev vurğulayıb.
Qeyd edək ki, Amerika rəsmilərinin Qazaxıstana səfəri oktyabrın 28-də başlayıb.
Gülşən Şərif
Bakı 


