• Bakı 16° C

    18.05 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Litva-Belarus sərhədi həmişəlik bağlanır

DÜNYA

29 Oktyabr 2025 | 15:06

Litva-Belarus sərhədi həmişəlik bağlanır

Sərhəddəki mövcud vəziyyət Litvanın uğursuz siyasətinin nəticəsidir.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bunu Litva Seyminin üzvü və "Nemunas Şəfəq" partiyasının lideri Remiqyus Şemaitaitis deyib.

Litvanın Belarusla sərhədini bağlamasını şərh edən litvalı siyasətçi bildirib ki, Belarusla sərhəd-keçid məntəqələrinin bağlanması məsələni həll etməyəcək:

"İctimai təhlükəsizliyin təmin edilməsi üçün maliyyə ayrılmasına ehtiyac var".

Qeyd edək ki, oktyabrın 26-da Litva prezidenti Gitanas Nauseda Belarusla sərhədin uzun müddətə bağlanmasını və Kalininqraddan tranzitə məhdudiyyət qoyulmasını təklif edib. Səbəb kimi Litva ərazisinə tütün məmulatları daşıyan hava balonlarının daxil olması ilə bağlı insidentlər göstərilib. Oktyabrın 27-də Litva Milli Təhlükəsizlik Komissiyasının iclasından sonra ölkənin Belarusla sərhədi həmişəlik bağlayacağı açıqlandı. Belarusla sərhədin həmişəlik bağlanması ilə bağlı yekun qərar oktyabrın 29-da Litva hökumətinin iclası zamanı nəzərdə tutulub. Məhdudiyyətlər diplomatlara və diplomatik poçtlara şamil edilmir. Bundan əlavə, Litva və Aİ ölkələrinin vətəndaşlarına Belarusdan daxil olmağa icazə verilir.

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bəyan edib ki, Litvanın Belarusla sərhədi bağlaması təxribatdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR