• Bakı 15° C

    16.14 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

İnsult xəstələrinin bərpasında daha müalicəvi idmana üstünlük verilməlidir

CƏMİYYƏT

29 Oktyabr 2025 | 15:23

İnsult xəstələrinin bərpasında daha müalicəvi idmana üstünlük verilməlidir

“İnsult xəstələrinin müalicəsində və reabilitasiyasında masajdan daha çox müalicəvi idmana üstünlük vermək məqsədəuyğundur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova Nazirliyin "Instagram" səhifəsində canlıda deyib.

P.Allahyarova bildirib ki, beynəlxalq protokollar və sübutlara əsaslanan təbabətə görə, müalicəvi idman vasitəsilə xəstələrin itirilmiş funksiyalarını qismən və ya tam bərpa etmək mümkündür:

“Masajın bu prosesdə rolu çox məhduddur. Əgər tətbiq olunursa, bu, yalnız əzələ tonusunu azaldan yüngül masaj olmalıdır. Yəni fizioterapevtlər insult xəstələri ilə işləyərkən bu məqamı mütləq nəzərə almalıdırlar".

Əli Hüseynov


SON XƏBƏRLƏR