• Bakı 15° C

    14.87 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

CƏMİYYƏT

29 Oktyabr 2025 | 19:18

Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz, Gəncədə 20, Mingəçevirdə 19, Şəkim/s Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.

    Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.


    SON XƏBƏRLƏR