Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Nizami Balaca oğlu Salmanov 68 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, o dünən axşam saatlarında vəfat edib.
Qeyd edək ki, N.Salmanov Lerikin Göydərə kəndində dünyaya göz açıb.
BDU-nun hüquq fakültəsini bitirib. Polis orqanlarında işləsə də, poetik istedadı onu poeziyaya gətirib.
Şairin ilk şeirlər kitabı "Durnalar harayı" 1987-ci ildə çapdan çıxıb. Daha sonra onun "Mən bir payız mahnısıyam", "Mən də uçacağam tanrıya sarı", "Ömür kitabı" və s. adda şeir və nəsr əsərləri işıq üzü görüb.
Xatırladaq ki, şair ədəbiyyat qarşısındakı xidmətlərinə görə "Prezident mükafatı"na layiq görülüb.
Bakı 






