İndoneziya 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq səyləri çərçivəsində 2032-ci ilə qədər ilk atom elektrik stansiyasını işə salmağı planlaşdırır.
Bakıvaxtı.az "The Economist"ə istinadən xəbər verir ki, bu barədə ölkənin enerji və mineral ehtiyatlar nazirinin müavini Yuliot Tanjung Nüvə Tənzimləmə Agentliyinin İcraiyyə Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, nüvə enerjisi ölkənin enerji təhlükəsizliyini və dayanıqlığını təmin etmək üçün strateji variant hesab olunur.
O, bu yanaşmanın İndoneziyanın uzunmüddətli inkişaf planına və hökumətin bu yaxınlarda dərc edilmiş milli enerji siyasəti fərmanına uyğun olduğunu vurğulayıb:
"Atom elektrik stansiyaları artıq son çarə deyil, daha çox milli enerji planlaşdırmasının mühüm hissəsi hesab olunur. Hökumətin planına görə, 2030-cu ilə qədər İndoneziyanın enerji balansında nüvə enerjisinin payı 5 faiz, 2060-cı ildə isə 11 faiz təşkil edəcək. Hökumət nüvə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün risklərin azaldılması tədbirlərini, tənzimləyici nəzarəti və beynəlxalq əməkdaşlığı gücləndirəcək".
Gülşən Şərif
Bakı 


