• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

De Bruyne əməliyyat olundu

İDMAN

29 Oktyabr 2025 | 18:14 | Müəllif: Subhan Mahmudov

De Bruyne əməliyyat olundu

İtaliyanın "Napoli" komandasının yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, belçikalı futbolçu Antverpen şəhərində sağ bud nahiyəsindən uğurlu əməliyyat keçirib. 34 yaşlı oyunçu reabilitasiya mərhələsinə də öz ölkəsində başlayacaq.

Kevin De Bruyne A Seriyasının VIII turunda "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçın 33-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra zədələnib və meydanı vaxtından əvvəl tərk edib. Onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026