• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Sabitlik və inkişaf perspektivləri: Zəngəzur dəhlizindən tərəfdaşlığa gedən yol

SİYASƏT

29 Oktyabr 2025 | 13:54

Sabitlik və inkişaf perspektivləri: Zəngəzur dəhlizindən tərəfdaşlığa gedən yol

Bölgələrarası əməkdaşlıq, strateji tərəfdaşlıq və regional stabillik hər zaman dövlət siyasətinin mərkəzində dayanır.

Xüsusilə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanlarda dövlətlərarası münasibətlərin düzgün qurulması yalnız iqtisadi və siyasi tərəfdaşlıqla deyil, həm də təhlükəsizlik, nəqliyyat və enerji əlaqələrinin inkişafı ilə ölçülür. Müasir dövrdə qlobal və regional oyunçuların rolu, onların strateji məqsədləri və qarşılıqlı əməkdaşlıq mexanizmləri bölgənin inkişaf perspektivinə birbaşa təsir göstərir.

Eyni zamanda yeni təşəbbüslər, işçi qruplar və tərəfdaşlıq formatları ölkələr arasında etimadın möhkəmləndirilməsi və uzunmüddətli stabilliyin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Bu kontekstdə Cənubi Qafqazda tərəfdaşlıq və normallaşma proseslərinin inkişafı yalnız region dövlətlərinin deyil, eyni zamanda beynəlxalq aktorların iştirakını tələb edən çoxşaxəli əməkdaşlıq sahəsini yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən parlament üzvü, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva bildirib ki, ABŞ-nin Cənubi Qafqaz siyasəti konstruktiv istiqamətdə dəyişib. Bayden-Blinken Administarsiyası dövründə Ağ Ev regionda yalnız xaos yaratmağa, “humanitar” təşkilatlar vasitəsilə dövlətlərin daxili işlərinə qarşımağa, cəmiyyətləri manipulyasiya etməyə çalışırdı:

"Prezident İlham Əliyevin də söylədiyi kimi, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri faktiki Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Lakin Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişi ilə bu qərəzli yanaşmaya son qoyuldu. Hətta ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan sülh sazişi paraflandı. Eyni zamanda Zəngəzur dəhlizinin bir hissəsi olan TRİPP marşrutu ilə bağlı əldə olunan razılaşma regionun rihafı baxımından vacib əhəmiyyət kəsb edir".

Könül Nurullayeva: ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla paralel işçi qrupları regionda sülhə müsbət təsir edəcək

Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərində artıq yeni əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açıldığını söyləmək olar:

"Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da yeni mərhələnin tərkib hissəsidir. Burada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Söhbət qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi, müdafiə, terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlığı və digər məsələlər üzrə işbirliyindən gedir”.

Deputata görə, buradan aydın olur ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla çoxşaxəli istiqamətlər üzrə əməkdaşlığa sart vermək niyyətindədir:

“Hətta tərəflər bu məsələdə o qədər maraqlıdır ki, prezidentin cari ilin avqustunda ABŞ-yə səfəri çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər də keçirildi. Dövlət başçımız da bildirmişdi ki, biz vaxt itirmək istəmirik".

Sonda Könül Nurullayeva diqqətə çatdırıb ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının və investisiyalarının ölkəmizə, o cümlədən, regiona gəlməsi, eləcə də ABŞ-nin iqtisadi fəaliyyətinin artması deməkdir. İqtisadi fəaliyyət isə ilk növbdə təhlükəsizlik təminatı tələb edən məsələdir. Bu mənada regionda iqtisadi marağı olan ABŞ burada hər zaman sülh və təhlükəsizliyin təmin olunmasına çalışacaq, Ağ Ev Ermənistanda revanşistləri dəstəkləməyəcək:

"Bu xüsusda hesab edirəm ki, ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla paralel işçi qrupları qurmaq təşəbbüsü ümumilikdə regionda sülh və normallaşma prosesinə müsbət təsir edəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR