Bu gün küçədə tapılan azyaşlı atasına təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.

15:25
Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", - məlumatda deyilir.
***
14:38
Bakıda itən azyaşlının valideynləri axtarılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıb:
"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".
Bakı 




