• Bakı C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Naxçıvanın enerji təminatına 5,8 milyon ayrıldı

İQTİSADİYYAT

30 Yanvar 2026 | 16:55

Naxçıvanın enerji təminatına 5,8 milyon ayrıldı

Naxçıvanda enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik təchizatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində növbəti irimiqyaslı layihəyə start verilir.

Bakıvaxtı.az xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan ərazisində yeni paylayıcı elektrik şəbəkələrinin qurulması məqsədilə irihəcmli tender elan edilib.

Layihə çərçivəsində Naxçıvan şəhərinin Qaraxanbəy və Bulqan kəndləri, həmçinin Culfa rayonunun Əbrəqunus kəndi üzrə komplekt transformator məntəqələrinin (KTM) quraşdırılması, eləcə də 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin inşası və yenidən qurulması nəzərdə tutulur.

Tender üçün müəyyən edilən məbləğ 5 800 097,82 azn (beş milyon səkkiz yüz min doxsan yeddi manat səksən iki qəpik) təşkil edir.


SON XƏBƏRLƏR