Bakı şəhərinin abadlıq və yenidənqurması, mənzil fonduna aid olan təmiri məqsədilə irimiqyaslı layihələşdirmə işlərinə start verilir.
Bakıvaxtı.az xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən paytaxt ərazisində həyata keçiriləcək abadlıq və təmir işləri üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 4 442 475,80 manatlıq tender elan edilib.
Layihə çərçivəsində Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid binaların əsaslı təmir edilməsi üçün tələb olunan mühəndislik və layihə sənədləri hazırlanacaq.
Eyni zamanda tender səkilərdə, həyətyanı sahələrdə, park və bağlarda aparılacaq abadlıq və yenidənqurma işlərini əhatə edir.
Bakı 




