• Bakı C

    7.59 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi BU KOMANDA olacaq

İDMAN

30 Yanvar 2026 | 15:24

Qarabağın Çempionlar Liqasındakı rəqibi BU KOMANDA olacaq

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibini tanıyıb.

Bakıvaxtı.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçirilən püşkün nəticəsinə əsasən, Qurban Qurbanovun komandası İngiltərə təmsilçisi "Nyukasl" ilə qarşılaşacaq.

Komanda ilk oyunu evdə, cavab görüşünü isə səfərdə keçirəcək. Pley-off mərhələsinin matçları fevralın 17-18 və 24-25 tarixlərində təşkil olunacaq.

Əgər "Qarabağ" bu raundu keçə bilsə, 1/8 finalda ya "Barselona" (İspaniya), ya da "Çelsi"yə (İngiltərə) rəqib olacaq. Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsini 10 xalla 22-ci pillədə tamamlamışdı.

Onu da bildirək ki, “Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci yerdə tamamlayıb. Evdə “Kopenhagen” (2:0), “Çelsi” (2:2), “Ayaks” (2:4), “Ayntraxt”la (3:2) qarşılaşan region klubu “Benfika” (3:2), “Atletik” (1:3), “Napoli” (0:2) və “Liverpul” (0:6) səfərinə yollanıb.

Pley-off-un digər cütləri isə aşağıdakı kimidir:

"Monako" (Fransa) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

Əli Hüseynov


SON XƏBƏRLƏR