• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ADY sədri gürcüstanlı həmkarı ilə görüşdü

SİYASƏT

30 Yanvar 2026 | 16:11

ADY sədri gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycan və Gürcüstan arasında dəmir yollarında yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri müzakirə edilib.

Bakıvaxtı.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bu müzakirələr ADY sədri Rövşən Rüstəmov və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə keçirilən görüşdə aparılıb.

Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, "BTKI Railways" MMC ilə "Gürcüstan Dəmir Yolları" SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi haqqında yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına şərait yaradacağı vurğulanıb.


ADY sədri gürcüstanlı həmkarı ilə görüşdüADY sədri gürcüstanlı həmkarı ilə görüşdüADY sədri gürcüstanlı həmkarı ilə görüşdüADY sədri gürcüstanlı həmkarı ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026