• Bakı C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Azərbaycan və Özbəkistanın XİN başçıları regional vəziyyəti müzakirə etdi

SİYASƏT

01 Mart 2026 | 15:59

Azərbaycan və Özbəkistanın XİN başçıları regional vəziyyəti müzakirə etdi

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub.

    Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub.

    Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.

    Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.

    Telefon danışığı çərçivəsində həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


    SON XƏBƏRLƏR

    28 Fevral 2026