• Bakı C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib - FOTOLAR

SİYASƏT

01 Mart 2026 | 14:48

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib - FOTOLAR

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.

İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.

Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.


SON XƏBƏRLƏR

28 Fevral 2026