• Bakı 15° C

    16.14 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Sədr müavini vəzifəsindən azad edilib? - AQTA-dan AÇIQLAMA

CƏMİYYƏT

29 Oktyabr 2025 | 17:43

Sədr müavini vəzifəsindən azad edilib? - AQTA-dan AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bakıvaxtı.az-a bildirilib ki, yayılan informasiya həqiqəti əks etdirmir.

Bildirilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl T. Əliyevanın vəzifəsindən uzaqlaşdırıldığına dair məlumatlar yayılmışdı. Buna səbəb olaraq AQTİ-də cavabdeh şəxs kimi dabaq xəstəliyi ilə bağlı vaxtında müvafiq işlər həyata keçirməməsi göstərilmişdi.


SON XƏBƏRLƏR