• Bakı 18° C

    17.98 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Qazaxıstan parlamenti "Süni intellekt haqqında" qanunu qəbul edib

DÜNYA

29 Oktyabr 2025 | 13:45

Qazaxıstan parlamenti Süni intellekt haqqında qanunu qəbul edib

Qazaxıstan parlamenti süni intellektin tənzimlənməsi haqqında qanun qəbul edib.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, Milli Məclisin deputatları Senatın bu qanuna etdiyi dəyişikliklərlə razılaşıblar. 

Qeyd olunur ki, qəbul edilən "Süni intellekt haqqında" Qanun rəqəmsallaşma proseslərinin tənzimlənməsi, süni intellektin (AI) təhlükəsiz həyata keçirilməsi üçün müasir hüquqi bazanın yaradılması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qanun Qazaxıstanda süni intellekt texnologiyaları və sistemlərinin istifadəsi üçün vahid hüquqi baza yaradan fundamental sənəddir. 

Qanun yeddi fəsil və 28 maddədən ibarətdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR