Astarada hamilə qadın toyundan sonra ölüb.
Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, gəlin köçən Ə.İmanovanın hələ 18 yaşı tamam olmayıb və o, hamilə imiş.
Faktla bağlı araşdırma aparılır.
Bakı 


