• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

2 kiloqramdan artıq narkotik vasitə aşkarlandı 

HADİSƏ

28 Noyabr 2025 | 09:19

2 kiloqramdan artıq narkotik vasitə aşkarlandı 

Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb. Onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

27 Noyabr 2025