• Bakı 11° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

HADİSƏ

27 Noyabr 2025 | 23:11

Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Bu gün Gəncədə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı "BakuBus" MMC açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, açıqlamada deyilir:

"Bu gün saat 16:17 radələrində "BakuBus" MMC-nin istismarında olan, Gəncə şəhərində 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır. "BakuBus" olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq".


SON XƏBƏRLƏR

27 Noyabr 2025