• Bakı 10° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

"20 Yanvar"da yaranmış sıxlıq aradan qaldırıldı - FOTOLAR + YENİLƏNİB

HADİSƏ

27 Noyabr 2025 | 22:41

20 Yanvarda yaranmış sıxlıq aradan qaldırıldı - FOTOLAR + YENİLƏNİB

Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub. 

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.

*** 22:30

Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


SON XƏBƏRLƏR

27 Noyabr 2025