• Bakı 21° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Tramp Çindən idxal edilən mallara tarifləri azaltmağı planlaşdırır

DÜNYA

29 Oktyabr 2025 | 09:02

Tramp Çindən idxal edilən mallara tarifləri azaltmağı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə gələcək görüşün yekunlarına əsasən fentanil qaçaqmalçılığı səbəbindən Çindən idxal edilən mallara tətbiq edilən əlavə tarifləri azaltmaq niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Tramp bu açıqlamanı Yaponiyadan Koreya Respublikasına gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən verib.

"Tarifləri azaldacağımızı gözləyirəm, çünki inanıram ki, onlar bizə fentanillə bağlı yaranan vəziyyətdə kömək edəcəklər", - o deyib.

ABŞ və Çin liderləri arasında görüşün 30 oktyabrda Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

28 Oktyabr 2025