• Bakı 14° C

    15.79 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Millimizdən dünya çempionatında tarixi uğur

İDMAN

30 Oktyabr 2025 | 00:31

Millimizdən dünya çempionatında tarixi uğur

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dən (5-2-4) sonra 4-cü yeri tutub.

Qeyd edək ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025