• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qaldı

İDMAN

28 Noyabr 2025 | 20:45 | Müəllif: Subhan Mahmudov

"Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qaldı

Misli Premyer Liqasının XIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

24 xalı olan "Turan Tovuz" turnir cədvəlində üçüncü sırada yer alıb. "Neftçi" isə 16 xalla yeddincidir.

Bakı klubu cari mövsüm Premyer Liqada rəqibləri ilə ən çox heç-heçə edən komandadır (7 dəfə).

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 30-da yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026