• Bakı C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatdı 

İDMAN

28 Dekabr 2025 | 16:13

14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatdı 

14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.

Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib.

Respublika Kompleks İdman Məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.

Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc mükafata yiyələnib.


SON XƏBƏRLƏR

27 Dekabr 2025