"Barselona"nın futbolçusu Ronald Arauxonun mədəsində infeksiya aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
26 yaşlı müdafiəçi bir müddət müalicə alacaq. Buna görə də o, La Liqanın 14-cü turunda "Alaves"lə matçı buraxacaq.
Qeyd edək ki, "Barselona" - "Alaves" oyunu noyabrın 29-da keçiriləcək.
Bakı 



