• Bakı C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Karlsen altıncı dəfə dünya çempionu oldu

İDMAN

28 Dekabr 2025 | 21:30

Karlsen altıncı dəfə dünya çempionu oldu

Norveçli şahmatçı, qrossmeyster Maqnus Karlsen hazırda Qətərin paytaxtı Doha şəhərində keçirilən rapid üzrə dünya çempionatının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, şahmatçı 13 raundda 10.5 xal toplayaraq qalib gəlib. Rusiyalı qrossmeyster Vladislav Artyomov 9.5 xalla ikinci yeri tutub.

Qeyd edək ki, bu qələbə Maqnus Karlsenin rapid üzrə dünya çempionatlarında altıncı qələbəsidir. Norveçli qrossmeyster əvvəllər 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə də qalib gəlib.


SON XƏBƏRLƏR

27 Dekabr 2025