İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun davranışını təkrar edə bilməyəcəyini söyləyib.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bunu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşərkən söyləyib.
"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim" - deyə o, bildirib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bakı 




