• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Boksçumuz Avropa çempionatında finala yüksəldi

İDMAN

28 Noyabr 2025 | 22:03 | Müəllif: Subhan Mahmudov

Boksçumuz Avropa çempionatında finala yüksəldi

Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, millinin 50 kq çəkidə mübarizə aparan lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.

İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah keçiriləcək finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.

Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026