• Bakı 14° C

    15.79 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

FED əsas faiz dərəcəsini yenidən endirdi

DÜNYA

29 Oktyabr 2025 | 23:36

FED əsas faiz dərəcəsini yenidən endirdi

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75–4% aralığına endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında qeyd olunub.

FOMC həmçinin balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası dekabrın 9–10-da keçiriləcək.

Qeyd edək ki, faiz dərəcəsi ötən ilin dekabr ayından bəri ilk dəfə olaraq əvvəlki iclasda azaldılmışdı.

Bildirilib ki, ABŞ hökumətinin fəaliyyətinin dayandırılması səbəbindən tənzimləyici qurum bir sıra vacib iqtisadi məlumatları açıqlamayıb. Federal hökumətin maliyyələşdirilməsinin dayandırılması respublikaçılar və demokratlar arasında büdcə xərcləri ilə bağlı razılaşmanın hələ əldə olunmaması ilə izah edilir.


SON XƏBƏRLƏR

29 Oktyabr 2025