• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ-la danışıqlarda Ukraynanı kimlər təmsil edəcək?

DÜNYA

28 Noyabr 2025 | 22:28 | Müəllif: Subhan Mahmudov

ABŞ-la danışıqlarda Ukraynanı kimlər təmsil edəcək?

ABŞ ilə danışıqlarda Ukraynanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin əməkdaşları təmsil edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bəyan edib.

"Tezliklə danışıqlar baş tutacaq, orada bizim nümayəndələr iştirak edəcəklər. Bu, Baş Qərargah rəisi, XİN nümayəndələri, Milli Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin əməkdaşları olacaq", – o vurğulayıb.

Zelenski qeyd edib ki, yaxın vaxtlarda ABŞ ilə görüşlər keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026