Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla dekabrın 28-də Floridada görüşəcəyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenskinin ofisinin sözçüsü Sergey Nikiforov "RBC-Ukraine" ya bildirib.
Prezidentlərin birgə bəyanatları və Avropa liderləri ilə telefon danışığı da planlaşdırılır.
Ukrayna Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, Zelenski və Tramp avropalı siyasətçilərlə danışıqlardan əvvəl birgə bəyanatla çıxış edəcəklər.
Söhbətə hansı Avropa liderlərinin qoşulacağı hələlik məlum deyil. Məsələ hələ danışıqlar mərhələsindədir.
Zeynəb Rzayeva
Bakı 




