İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfəri zamanı Qəzza zolağında daha bir hərbi əməliyyat üçün Vaşinqtondan dəstək istəyə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, Netanyahu Ağ Evin hazırkı prezidenti Donald Trampla danışıqlar aparacağı gözlənilən ABŞ-yə səfəri zamanı sülh planının növbəti mərhələsinə razılıq verməzdən əvvəl Qəzza zolağında əlavə əməliyyat üçün Vaşinqtonun dəstəyini istəyə bilər.
Kanal iddia edib ki, İsrail Baş nazirinin belə bir əməliyyata daha çox güzəştə getməzdən əvvəl güc nümayişi kimi ehtiyacı var.
Aynur Babazadə
Bakı 




