• Bakı 26° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Moldovada da Rus Evi bağlanır

DÜNYA

28 Dekabr 2025 | 19:03

Moldovada da Rus Evi bağlanır

Moldova hakimiyyəti Rusiyanı Kişinyovdakı Rus Evinin fəaliyyət göstərdiyi hökumətlərarası müqavilənin ləğvi barədə məlumatlandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popşoy jurnalistlərə bildirib.

"Rusiya tərəfi artıq xəbərdar edilib və bu yay, çox güman ki, iyunun sonu və ya iyulun əvvəlində, mövcud müqavilənin müddəaları başa çatdıqda, onun müddəti uzadılmayacaq, bu da sənədin hüquqi qüvvəsinin başa çatması deməkdir. Bu müddətdən sonra mərkəzin Moldova Respublikasında fəaliyyət göstərmək üçün hüquqi əsasları olmayacaq”, - deyə Popşoy bildirib. 

O əlavə edib ki, beynəlxalq hüquqa uyğun olaraq, Rusiya tərəfi bu müddəalara riayət etməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026