İran eyni vaxtda Rusiyanın raket daşıyıcısı vasitəsilə orbitə üç yeni yer müşahidə peyki buraxıb.
Bakıvaxtı.az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, İranın üç peyki (Tolu-3, Zafar-2 və Kosar-1.5) Rusiyanın Soyuz-2.1b raketi ilə Vostoçnı kosmik stansiyasına göndərilib.
Bu, İranın kosmosa eyni vaxtda bir neçə peykin eyni anda göndərildiyi ilk buraxılışıdır. Cihazlar arasında ölkənin ən ağır peyki olan "Tolu-3" də var. Onun çəkisi 150 kiloqramdır və hazırda İranın ən müasir müşahidə peykidir.
Tolu peyk klasteri texnologiyasının inkişafında əhəmiyyətli bir addımdır və İran gələn il "Şəhid Süleymani" adlı ilk telekommunikasiya peyk klasterini istifadəyə verməyi planlaşdırır.
Zeynəb Hüseynova
Bakı 




