• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Xarkovda sərnişin qatarı dronlarla VURULDU

DÜNYA

27 Yanvar 2026 | 20:29 | Müəllif: Subhan Mahmudov

Xarkovda sərnişin qatarı dronlarla VURULDU

Rusiya ordusu dronlarla Xarkov bölgəsində sərnişin qatarına hücum edib. Hücum nəticəsində lokomotivdə və vaqonlardan birində yanğın baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

Bildirilib ki, Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatları Barvenkovo–Lvov–Çop marşrutu üzrə hərəkət edən sərnişin qatarını hədəfə alıb. Hadisə Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Qatarda olan 291 sərnişin operativ şəkildə təxliyə edilib. Hücum nəticəsində iki nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026