"Macarıstan gündə 1 milyon avro cərimə ödəməli olmasına baxmayaraq, 2026-cı ildə qüvvəyə minən Avropa İttifaqının (Aİ) miqrasiya paktına əməl etməyəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.
O, hökumətin bir dənə də olsun qanunsuz miqrantı öz ərazisinə buraxmayacağını vurğulayıb.
Nazir "Facebook"da yazıb: "Biz 2026-cı ildə buna "yox" deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrantlar, paralel cəmiyyətlər istəmirik və Milad tətillərini qorxu içində keçirmək istəmirik".
Əli Hüseynov
Bakı 




