Afrika sahillərindəki terror qruplaşmaları bütün qitəyə təhdid yaradır, bu problemlə mübarizədə dost Nigeriyanın yanındayıq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinibu ilə görüşdən sonrakı birgə mətbuat konfransında bildirib.
"Bu gün hərbi və kəşfiyyat sahələrində əməkdaşlığı dəyərləndirdik", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, mətbuat konfransından öncə hər iki ölkənin müxtəlif qurumları arasında əməkdaşlıq haqqında razılaşmalar imzlanıb.
Bakı 




