• Bakı C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

KİV: Latakiyada 100-dən çox iğtişaşçı saxlanıldı - YENİLƏNİB

DÜNYA

28 Dekabr 2025 | 19:21

KİV: Latakiyada 100-dən çox iğtişaşçı saxlanıldı - YENİLƏNİB

Suriya təhlükəsizlik qüvvələri Latakiyadakı Əl-Əzhər meydanının ərazisini mühasirəyə alıb və orada baş verən iğtişaşlarda iştirak edənləri saxlayır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziyası məlumat verib.

Qeyd edilir ki, hakimiyyət orqanları indiyə qədər 100-dən çox insanı saxlayıb. Bundan əvvəl bir neçə yerdə təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında atışma baş vermiş, nəticədə üç nəfər həlak olmuş, 60-dan çox insan yaralanmışdı.

Zeynəb Rzayeva
 

***

18:54

Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlar zamanı ən azı üç nəfər ölüb, 55 nəfər yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Qeyd edilib ki, ölənlər arasında ölkənin yeni hakimiyyətinə bağlı təhlükəsizlik qüvvələrinin əməkdaşı da var.

***

18:26

Suriyanın Latakiya əyalətində keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslərin hücumları nəticəsində Suriya hökumətinin bir neçə təhlükəsizlik qüvvəsi yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suiya Ərəb Respublikası Daxili İşlər Nazirliyinin "Telegram" kanalında Latakiya Daxili Təhlükəsizlik İdarəsinin rəisi Əbdül Əziz əl-Əhməd bildirib.

Bəyanata görə, keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə əlaqəli şəxslər nümayişlər zamanı Latakiya və Cəblə şəhərlərində Daxili Təhlükəsizlik İdarəsinin üzvlərinə hücum ediblər. Hücumlar nəticəsində hüquq-mühafizə orqanlarına məxsus bir neçə zabit yaralanıb və bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib.

Ərəb mediası əvvəllər Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərində keçirilən etirazlar barədə məlumat vermişdi. "Syria TV"nin məlumatına görə, Suriya Ali Ələvi İslam Şurasının rəhbəri Şeyx Qəzəl Qəzəl etirazlara çağırış edib. 

Bildirilib ki, etirazçılar arasında olan silahlı şəxslər havaya və yeni hökumətin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. 

Zeynəb Rzayeva

***

17:40

Suriyanın Tartus, Latakiya və Hüms şəhərlərində etiraz aksiyaları keçirilib.

Bakıvaxtı.az İSNA agentliyinə istinadən xəbər verir ki, etirazçılar mülki əhalinin qorunması və vətəndaş hüquqlarının pozulmasına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər.

Qarşıdurmalar nəticəsində bir neçə ölən və xəsarət alanların olduğu bildirilir.


SON XƏBƏRLƏR

27 Dekabr 2025