Gələn ildən İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi planlaşdırılır. Həmçinin ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, "Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklə, həmçinin bəzi dərmanlar pulsuz veriləcək.
Pasiyentlər yalnız tibbi xidmət deyil, ambulator şəraitdə müalicə zamanı dərman vasitələri ilə də pulsuz şəkildə təmin olunacaqlar.
Bildirilib ki, bu yeniliklər əhalinin dərman vasitələrinə əlçatanlığını artırmağa xidmət edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bakı 




