• Bakı C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

CƏMİYYƏT

27 Yanvar 2026 | 17:07

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

***

16:32

Azərbaycanın bəzi rayonlarında yanvarın 28-də güclü külək əsəcək.

Bakıvaxtı.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Qeyd edilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR