• Bakı C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

CƏMİYYƏT

27 Yanvar 2026 | 21:21

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.

Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi.

Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.


SON XƏBƏRLƏR