ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə söhbəti 1 saat 15 dəqiqə davam edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Rusiya Prezidentinin köməkçisi Yuri Uşakova istinadən bildirib.
O, telefon danışığının Trampın təşəbbüsü ilə təşkil edildiyini qeyd edib. Uşakov bildirib ki, Putin və Tramp müvəqqəti atəşkəsin yalnız Ukraynadakı münaqişəni uzadacağı barədə ümumilikdə oxşar fikirlərə malikdirlər.
Qeyd olunub ki, Tramp həll baxımından Ukrayna münaqişəsinin onun üçün ən çətin olduğunu etiraf edib. Liderlər xüsusi yaradılmış işçi qruplar çərçivəsində nizamlama üzərində işləməyə davam etmək təklifi ilə razılaşıblar. Bu qrupların parametrləri yanvarın əvvəlində açıqlanacaq.
Bundan başqa, bildirilib ki, tərəflər ABŞ-Rusiya iqtisadi əməkdaşlığının perspektivlərindən danışıblar. Putin və Tramp ABŞ prezidentinin ukraynalı həmkarı Zelenski ilə görüşündən sonra yenidən telefonla danışmaq barədə razılığa gəliblər.
***
21:12
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp "Truth" sosial şəbəkəsində bildirib.
"Prezident Zelenski ilə görüşümdən əvvəl Prezident Putinlə yaxşı və çox məhsuldar bir telefon danışığım oldu",- deyə Ağ Ev rəhbəri bildirib.
Bakı 




