• Bakı C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

İrana qarşı təhdid qəbuledilməzdir - Səudiyyə

DÜNYA

27 Yanvar 2026 | 22:00

İrana qarşı təhdid qəbuledilməzdir - Səudiyyə

Tehran sülhün möhkəmləndirilməsinə və müharibənin qarşısının alınmasına töhfə verəcək istənilən təşəbbüsü alqışlayır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bunu Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salmanla söhbətində bildirib.

"İran həmişə sülhə, əmin-amanlığa və beynəlxalq hüquq çərçivəsində münaqişələrin və müharibələrin qarşısının alınmasına aparan istənilən prosesi alqışlamağa hazır olub və hazırdır. Eyni zamanda dünyadakı bütün insanların sülh və əmin-amanlıq içində birlikdə yaşaması üçün çalışır", - deyə o bildirib.

Qeyd olunur ki, həmçinin Salman İrana qarşı hər hansı bir təcavüzün və ya təhdidin qəbuledilməzliyini vurğulayıb və Səudiyyə Ərəbistanının Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün İslam Respublikası ilə istənilən şəkildə əməkdaşlığa hazır olduğunu bildirib.


SON XƏBƏRLƏR