• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Tramp BMT-dən gileylənib

DÜNYA

28 Dekabr 2025 | 20:14

Tramp BMT-dən gileylənib

ABŞ Prezidenti Donald Tramp BMT-nin Ukrayna da daxil olmaqla münaqişələrin həlli üçün kifayət qədər iş görmədiyi bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, o bunu "Truth Social" sosial media platformasında paylaşıb.

Tramp sərhəd münaqişəsi zonasında Tayland və Kamboca arasında atəşkəs sazişinin imzalanmasını qeyd edərək, "ABŞ, həmişə olduğu kimi, kömək etməkdən qürur duyur", - deyə bildirib.

"Son 11 ayda həll etdiyim və dayandırdığım bütün səkkiz müharibə və münaqişəni nəzərə alsaq, bəlkə də ABŞ Rusiya ilə Ukrayna arasında baş verən fəlakət də daxil olmaqla, bu halların heç birinə kömək etmək və ya asanlaşdırmaq üçün çox az iş görən əsl BMT-yə çevrilib. BMT tədbir görməli və qlobal sülh işində iştirak etməlidir", - deyə Amerika lideri yazıb. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026