Belqradın mərkəzindəki tikinti sahəsindən II Dünya müharibəsi zamanı ABŞ və müttəfiqləri tərəfindən istifadə edilən 470 kiloqramlıq (1000 funt) hava bombası tapılıb və uğurla çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya polisi bazar günü bildirib.
Amerika istehsalı olan AN-M44 bombası 1944-cü ildə Belqradın nasist işğalından azad edilməsi zamanı alman mövqelərinə hava hücumlarında istifadə edilib.
Polisin məlumatına görə, bomba zərərsizləşdirilməzdən əvvəl yaşayış massivi və ticarət mərkəzinin yaxınlığında yerləşən ərazidə hərtərəfli axtarış aparılıb.
Sakinlərə evlərini tərk etmələri də tövsiyə olunub.
Bomba zərərsizləşdirildikdən sonra Belqraddan təxminən 180 km məsafədə yerləşən ordunun atəş poliqonuna aparılıb və yaxın günlərdə orada məhv ediləcək.
Əli Hüseynov
Bakı 




