• Bakı C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

CƏMİYYƏT

28 Dekabr 2025 | 22:06

Dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb.

Bakıvaxtı.az xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.

Hadisə nəticəsində F.Rüstəmova ilə yanaşı, onun bacısı - 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


SON XƏBƏRLƏR